Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 02:04

Honq Konqda demokratiya tərəfdarı olan nümayişçilərə küçələri barrikadalardan təmizləməyə oktyabrın 5-nə qoyulan vaxt başa çatır.

Oktybarın 5-nə keçən gecə xüsusi təyinatlı polislə toqquşmalardan sonra səhər saatlarından küçələrdə nümayişçilərin sayı azalır. Ancaq ara-sıra toqquşmalar olur.

Honq Konqun Baş İcra rəhbəri Leung Chun-ying televiziya ilə oktyabrın 5-də bildirib ki, hökumət sosial nizamı bərpa etmək üçün və əhalinin oktyabrın 6-da normal iş şəraitinə qayıda biıməsi üçün bütün addımları atacaq.

Bütün həftə boyu nümayişlər davam edib. Nümayişçilər 2017-ci il seçkilərində öz namizədlərini irəli sürmək haqqını tələb edirlər.

Çin isə bildirir ki, yalnız əvvəlcədən təsdiq olunmuş namizədlər seçkidə iştirak edə bilər.

Honq Konq öz növbəti liderini 2017-ci ildə seçməlidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG