Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:35

Ukrayna fəalları rəsmiləri zibil yeşiyinə basırlar


Nestor Shufrych Odessada döyüləndən sonra zibil qutusuna atılıb

Nestor Shufrych Odessada döyüləndən sonra zibil qutusuna atılıb

-

Avromeydanın əsas tələblərindən biri Ukraynada korrupsiyalaşmış rəsmilər haqda tədbir görmək idi. Lakin rüşvətxor məmurların müəyyən olunub cəzalandırılması hələ də qanuna çevrilməyib. Odur ki, səbirsiz Maydan fəalları pis ad çıxarmış siyasətçiləri zibil konteynerlərinə basırlar. Sosial mediada təbliğ edilən və bəzən zorakılığa çevrilən bu aksiya “Zibil Vedrəsi Cəzası” adını qazanıb.

İstəyirsiniz bunu xalq “təmizləməsi” adlandırın, istəyirsiniz “Zibil Vedrəsi Cəzası”, ya da qaragüruhun narahatlıq doğuran özbaşınalığı…Ukrayna fəalları köhnə rejimdən olan rəsmilərin cəzalandırılmasını getdikcə daha çox öz əllərinə alırlar.

“Təmizləmə” barədə qanunvericiliyi gözləməkdən yorulmuş ultramillətçi Sağ Sektor kimi qrupIarın fəalları rəsmiləri zibil konteynerlərinə oturdur, bu zaman bəzən onları döyür və bu yolla keçmiş rejimlə əlaqəsi olan, korrupsiyada və ölkənin şərqindəki separatçılara dəstək verməkdə ittiham edilən şəxslərə nifrətlərini ifadə edirlər.

Bu həftə belə cəzalandırmalardan birinin hədəfi keçmiş prezident Viktor Yanukovych-in Regionlar Partiyasından millət vəkili olub. O ölkənin münaqişəli şərqində Ukrayna hökumətinin hərbi əməlliyyatlarını pisləyib.

Bu deputat 26 oktyabr parlament seçkilərinin təbliğat kampaniyasında mətbuat konfransı keçirmək üçün sentyabrın 30-da Qara dəniz sahilində yerləşən Odessa şəhərinə gəlibmiş.

Lakin Shufrych yerli icra hakimiyyətinin binası qarşısında Sağ Sektorun maskalı fəalları da daxil olmaqla beş-on nəfərlik qaragüruh tərəfindən döyülüb, üz-gözü qana bulaşdırılıb, paltarları cırıq-cırıq edilib. Kütlə onu zibil konteynerinə basmağa macal tapmamış millət vəkili öz mikroavtobusuna minərək aradan çıxıb. Polis isə ona demək olar ki, kömək etməyib.

Shufrych sentyabrın əvvəllərindən, Ukrayna parlamenti Ali Rada yeni rejimi korrupsiyalı rəsmilərdən təmizləməyə imkan verən qanunu qəbul etməyə hazırlaşandan bəri dəbə minən bu cəzalandırmanın yalnız son hədəflərindən biridir.

Fəallar öz hərəkətlərini “TrashBucketChallenge” hashtag-i ilə sosial mediada təbliğ edirlər. Bu aksiyaların ideyası internetdə amiotropik yan skeleroz xəstəliyinə qarşı geniş yayılmış “Buz vedrəsi sınağı” kampaniyasından gəlir.

Kazakların keçmiş liderini zibil qutusuna basirlar

Kazakların keçmiş liderini zibil qutusuna basirlar

Bu hadisələr Ukraynada dərin kök salmış korrupsiyanın, özbaşınılığın və yeni hakimiyyətin siyasi islahatları həyata keçirmək sahəsindəki astagəlliyinin yaratdığı səbirsizlikdən xəbər verir.

Sentyabrın 16-da sözü gedən qanunvericiliyin əleyhinə səs vermiş Verhovna Rada üzvü Vitaly Zhuravsky-ni parlamentin yanındaca zibil konteynerinə basıblar.

Təmizləmə haqqında qanun həmin gün nəhayət ki, üçüncü oxunuşda qəbul edilmişdi və hazırda prezident Petro Poroshenko tərəfindən imzalanmasını gözləyir.

İnfdiyədək “Zibil Vedrəsi Cəzası”na məruz qalmış rəsmilərin siyahısı uzundur və bura aşağıdakılar daxildirlər:

Odessada regional ictimai sığorta rəsmisi Oleh Rudenko. O bu yaxınlarda rüşvət almaqda günahlandırılıb

Ternopoldan məmur Vitaly Fedak;

Zaporojye regionundan keçmiş kazak atamanı Oleksandr Panchenko;

Regionlar Partiyasının keçmiş üzvü, Kirovoqrad vilayətindən millət vəkili Mykola Koretsky;

Regionlar Partiyasından millət vəkili Viktor Pylypyshyn;

Shufrych beyin silkələnmnəsi keçirib və sonradan gözüsarıqlı vəziyyətdə xəstəxana çarpayısından müsahibə verib. Bu hadisə barədə “xuliqanlıq” maddəsi ilə cinayət işi qaldırılıb, lakin onun aid olduğu “müxalifətçi blok” bu təhqiqatdan nəsə çıxacağına şübhə etdiyini bildirib.

Daxili işlər naziri Arsen Avakov ötən çərşənbə günü özünün Facebook səhifəsində radikalları bu aksiyalara son qoymağa çağırıb və yazıb ki, bütün bunlardan Ukraynanın Qərbdən aldığı dəstəyə zərbə dəyə bilər.

“Bir-iki nəfər də Shufrych kimi əzişdirilsə və bir-iki nəfər də Pylypyshyn kimi linç olunsa, Avropa bizim müzəffər inqilabımızdan üz çevirəcək. Qorxuram ki, elə Amerika da. Cənab radikallar, özünüzü marginal maymaqlar kimi aparmayın. Axmaq, instinktiv və təxribatçı qaragüruh ədalətinə uymayın” – yazıb daxili işlər naziri.

AzadlıqRadiosunun Ukrayna Xidmətinə müsahibə verən Sağ Sektor fəalı Yuri Mindyuk deyib ki, “Sağ Sektor fəallarının qanunun çərçivəsindən çıxdıqlarını anlayır…

“Lakin biz narahatıq ki, Ukraynada təmizləmə prosesi ümumiyyətlə, başlamasın və bu ölkəni qarət etmiş quldurlardan heç vaxt haqq-hesab istənməsin” – deyib Mindyuk.

RadioSvoboda

Şərhləri göstər

XS
SM
MD
LG