Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 02:24

Taliban İD yaraqlılarına kömək üçün cihadçılar ğöndərir


Pakistan talibançıları İraq və Suriyadakı İslam Dövləti yaraqlılarına kömək məqsədi ilə göyüşçülər göndərdiklərini bildiriblər.

Bunu media orqanlarına göndərilən elektron məktubda Tehreek-e-Taliban Pakistan (Pakistanın Taliban hərəkatı ) qruplaşmasının sözcüsü Shahidullah Shahid bildirib. Onun yazdıqğı məktubunda bildirir ki, bütün cihadçıları Yaxın Şərqdə birləşərək mübarizə aparmaga çağırıb. Shahid Fransa Press agentliyinə telefonla müsahibəsində bildirib ki. indiyədək həmin bölgəyə (İslam Dövlətinin olduğu) 1000-1500 döyüşçü göndərib.


"Biz İD yardım üçün mücahidləri göndərməyə davam edəcəyik, biz onları tamamilə dəstəkləyirik. Düşünürük ki bu təşkilat islama xidmət edir"- deyə əlavə edib.

XS
SM
MD
LG