Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 22:52

-

Azərbaycanda Qurban bayramı ilə əlaqədar təşkil edilmiş heyvan satışı yarmarkalarına təxminən 12-15 min baş heyvan gətirilib.

Trend xəbər verir ki, bu barədə jurnalistlərə kənd təsərrüfatı naziri Heydər Əsədov məlumat verib.

Onun dediyinə görə, bu, tələblə təklif arasında tarazlığın pozulmaması üçün optimal rəqəmdir. O qeyd edib ki, bazara çıxarılan mal-qaranın hamısı Dövlət Baytarlıq Xidmətində yoxlamadan keçib.

Nazir bildirib ki, bir qurbanlıq heyvanın qiyməti 95 manatdır, lakin əhalinin istəyi nəzərə alınaraq qiymət 90 manata qədər aşağı salınıb.

Əsədov onu da əlavə edib ki, yarmarkalarda ətin doğranması üçün pulsuz məntəqələr də yaradılıb.

Вu il Azərbaycanda Qurban bayramı oktyabrın 4-5-də qeyd olunur. Həmin günlərin şənbə və bazara düşməsi ilə əlaqədar 6 və 7 oktyabr da qeyri-iş günləri olacaq.

Şənbə günü səhər Bakıda və ətraf qəsəbələrdə qurbanlıq heyvanların satışı yarmarkaları fəaliyyətə başlayıb.

Ümumilikdə 23 satış məntəqəsi təşkil edilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG