Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 00:35

Xədicə İsmayıl 5 saat saxlanıldıqdan sonra buraxıldı [Video]


-

AzadlıqRadiosu müxbirlərinin hadisə yerindən göndərdiyi xəbərlər aşağıdakı mətndə xronoloji ardıcıllıqla yerləşdirilib.

---------------------------------------------------------------

Strasburqdan qayıdan jurnalist Xədicə İsmayıla Bakı hava limanında pasport yoxlanılması zamanı gözləməsi tapşırılıb.

Bu barədə o öz facebook səhifəsində yazıb:

«Sərhəddə pasportumu aldılar, yoxladılar. Sonra dedilər ki, gözləyin. Gözləyirəm».

Təxminən 6-7 dəqiqədən sonra Xədicə İsmayıl «nəzarət altında çantalarımı götürməyə gedirəm» deyə status paylaşıb.

**

İki gömrük işçisi Xədicə İsmayılın baqajını yoxlayır.

Vəkil Fariz Namazlı da onunla birlikdədir. O bildirir ki, sərnişinlərdən ancaq X.İsmayılın baqajı yoxlanılır. Səbəbini demirlər.

***

Vəkil Fariz Namazlı bildirir ki, Xədicə İsmayıldan bəyannamə doldurmağı tələb ediblər. Jurnalist üzərində bəyan ediləcək bir şeyin olmadığını bildirsə də, bəyannaməni doldurub.

Yoxlama aparan şəxslər X.İsmayılın üzərində olan flaş-karta da baxmaq istədiklərini deyiblər.

X.İsmayıl flaş-kartın gömrükdə yoxlanışı üçün səbəb olmadığını bildirib. O, həmin kartda jurnalist materialları olduğunu söyləyərək onu verməkdən imtina edib.

Xədicə İsmayıl yazır: «Onlar düşünürlərsə ki, mən öz flaş-kartımda əhəmiyyətli informasiya saxlayıram, deməli çox axmaqdırlar. Onlar İT sahəsində bir az bilgilənməlidirlər».

Xədicə İsmayıl öz «facebook» səhifəsində yazır: «Gömrük məmuru mənim flaş-kartımda dövlətçilik əleyhinə nələrinsə olmasından şübhələndiyini deyir. Bildirir ki, flaş-karta baxmamış məni buraxa bilməz».

Vəkil Fariz Namazlı AzadlıqRadiosuna bildirir ki, gömrük işçilərinin bu davranışı qanunauyğun deyil:

«Gömrük işçiləri bildirir ki, 2001-ci il qanununa əsasən, şəxslər informasiya daşıyıcıları barədə məlumat verməlidirlər. Ancaq bu, doğru tələb deyil. Hər gün müəyyən sayda insan hava limanından istifadə edir, özü ilə dizüstü kompüter, flaş-kart aparır. Heç biri bu barədə gömrüyə məlumat vermir. 2 saata yaxındır Xədicə İsmayılı burada saxlayıblar. Onun sərbəst hərəkət hüququ pozulur».

***

Xədicə İsmayılı polisə aparırlar.

Xədicə İsmayıl yenidən gömrüyə qaytarılıb.

***

Xədicə İsmayıl «facebook» səhifəsində yazır ki, ona flaş-karta baxış barədə protokol verməyəcəklərini deyiblər:

***

Kameranın yaddaş kartını yoxlayıblar. (Sən demə, flaş-kart yox, pul qabında bir yaddaş kartı varmış, onu yoxlamaq istəyirlərmiş)

X.İsmayıl onlardan yoxlamanın aparılması üçün hüquqi qərar və protokol tərtib olunmasını istəyirdi Onlarsa yoxlamadan sonra protokol tərtib edəcəklərini deyirdilər.

Vəkil Elton Quliyevin iştirakı ilə karta baxış keçiriləndən sonra X.İsmayılı sərbəst buraxıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG