Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 10:14

Albaniyanın baş naziri bu ay Serbiyaya rəsmi səfərə hazırlaşır.

Bu 1948-ci ildən bu yana Albaniya hökumət başçısının Serbiyaya ilk səfəri olacaq.

Məlumata görə, xarici işlər naziri Ditmir Bushati və baş nazir Edi Rama oktyabrın 22-də Belqrada rəsmi səfərə gedəcəklər.

Danışıqlar zamanı əsasən Kosovo və Makedoniya ilə sərhəddə yerləşən Serbiyanın Pereşevo şəhərindəki etnik albanların vəziyyəti müzakirə olunacaq.

35 min nəfərlik şəhər əhalisinin 90 faizi albanlardır.

Baş nazir Rama həmçinin Belqradı Kosovonun müstəqilliyini tanımağa çağırmaq fikrindədir.

Keçmiş kommunist dikdatoru Enver Hoxha Belqradda səfərdə olan sonuncu alban lideridir.

O 1948-ci ildə Belqradda keçmiş Yuqoslaviya lideri Josip Broz Tito ilə rəsmi danışıqlar aparıb, bir il sonra isə iki ölkə arasındakı münasibətlər pozulub.

Günün bütün mövzuları

XS
SM
MD
LG