Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:51

İsveç hökuməti Fələstini dövlət kimi tanımağa hazırlaşır.

Bunu baş nazir Stefan Lofven oktyabrın 3-də parlamentdə çıxışında bəyan edib.

O qeyd edib ki , İsrail-Fələstin münaqişəsi yalnız 2 dövlət prinsipi və beynəlxalq qanunlar çərçivəsində danışıqlar yolu ilə həll oluna bilər.

Belə olsa İsveç Avropa Birliyinin üzvü kimi Fələstini dövlət kimi tanıyan ilk dövlət olacaq.

Avropa Birliyinin üzvləri olan Macarıstan, Polşa və Slovakiya da Fələstini dövlət kimi tanıyıblar, amma bu üzvlükdən əvvəl olub.

BMT isə 2012-ci ildə Fələstini müşahidəçi dövlət kimi tanıyıb.

Fələstinlilər paytaxtı Şərqi Qüds olmaq şərti ilə İordan çayının Qərb Sahili və Qəzzə böılməsindən ibarət müstəqil dövlət yaratmağa cəhd göstərirlər.

Günün bütün mövzuları

XS
SM
MD
LG