Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:13

Putin Avrasiya Birliyi ilə bağlı müqavilənin ratifikasiyası barədə qanun imzalayıb


Vladimir Putin
Vladimir Putin

Rusiya prezidenti Vladimir Putin Avrasiya İqtisadi Birliyinin yaradılmasına dair müqavilənin ratifikasiyası haqqında qanunu təsdiqləyib.

İTAR-TASS-ın məlumatına görə, bunu Vladimir Putin iktyabrın 3-də nazirlər kabinetinin toplantısında bəyan edib.

Avrasiya İqtisadi Birliyi 2015-ci ilin yanvarın 1-dən fəaliyyətə başlayacaq.

Bu birliyə Rusiya, Belarus və Qazaxıstan daxildir.

Bu ölkələrin prezidentləri oktyabrın 10-da Minskdə ratifikasiya edilmiş sənədlər təqdim etməlidirlər.

Həmçinin Ermənistan yaxın zamanlarda bu birliyə qoşulacağını bildirib.

XS
SM
MD
LG