Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:12

Azərbaycanın Müdafiə Nazirliyi 2013-cü ilin avqustunda Azərbaycana əsir düşən, bu günlərdə isə üçüncü ölkəyə təhvil verilən Akop İnciqulyana işgəncə verilməsi barədə Ermənistan KİV-lərinin yaydığı məlumatları rədd edir.

Nazirlik əsirlikdə olarkən ona qarşı hər-hansı qeyri-insani hərəkət və ya təzyiq göstərilmədiyini, əsirlə beynəlxalq konvensiyaya uyğun davranıldığını bildirir.

Məlumatda deyilir ki, İnciqulyan müvafiq beynəlxalq qurumların nəzarəti altında olub. Bundan başqa o Ermənistana qayıtmaq istəmədiyini və üçüncü ölkəyə verilməsini istəyib.

Günün bütün mövzuları

XS
SM
MD
LG