Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:02

“Britaniya həmişə Əfqanıstanın güclü və yaxın tərəfdaşı olacaq”.

Bunu Böyük Britaniyanın baş naziri David Cameron cümə günü Kabilə səfəri zamanı deyib.

Cameron yeni Əfqanıstan prezidenti Ashraf Gani ilə görüşə gələn ilk dünya lidreidir.

O Ashraf Gani ilə keçirdiyi birgə mətbuat konfransında yeni ölkə rəhbərliyini milli birliyə, azad, korrupsiyasız və effektli hakimiyyət sistemi qurmağa çağırıb.

O həmçinin qeyd edib ki, Taliban zorakılıqdan əl çəkib siyasi prosesə qoşula bilər.

David Cameron səfər zamanı Əfqanıstanda həlak olmmuş və yaralanmış Britaniya əsgərlərinin xatirəsini də yad edib.

Britaniya ordusu son Əfqanıstan müharibəsində 453 itki verib.

O ölkənin 2001-ci ildən bu yana yavaş-yavaş dəyişdiyini və ordu və polisin getdikcə gücləndiyini bildirib.

Günün bütün mövzuları

XS
SM
MD
LG