Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:02

Cannes Festivalının mükafatını almış filmə ABŞ-da məhdudiyyət qoyuldu


-

Geylərdən bəhs edən və bu il Cannes Festivalının mükafatını almış “Qürur” filminə Amerikada “R” reytinqi verdilər.

Bu isə o deməkdir ki, yaşı 17-dən az olanlara həmin filmə valideynsiz baxmaq qadağandır.

Bu, gey fəallar və filmin rejissoru Matthew Warchus-un fanatlarının etirazına səbəb olub.

Filmdə 1984-cü ildə Uelsdə şaxtaçıların tətilinə gey və lesbiyanların da dəstək verməsindən danışılır.

Amerika Film Assosiasiyasının qərarına etiraz edənlər bildirirlər ki, “Qürur”da heç bir seks səhnəsi yoxdur və geylərdən bəhs edən istənilən filmə belə sərt məhdudiyyət qoyulması anlaşılan deyil.

Filmin yalnız bir yerində bir neçə qadın otaqda geylər üçün porno jurnal görürlər. Digər bir yerində isə gey klub göstərilir. Klubdakı insanlardan bəziləri bondaj üslubunda geyimlərdədirlər, “bəzənsə sərt ifadələr işlədirlər”.

Britaniyada filmə bunlar əsas gətirilərək “15” reytinqi verilib. Yəni filmə 15 yaşından aşağı uşaqlar baxa bilməz.

Bu ilin avqustunda Assosiasiyanın iki nəfər yaşlı geydən bəhs edən və açıq-saçıq səhnələri olmayan “Sevgi qəribədir” filminə “R” reytinqi verməsi də narazılıqla qarşılanmışdı. (The Guardian)

Günün bütün mövzuları

XS
SM
MD
LG