Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 16:43

Həcc 2014 – «selfie», Ebola, MERS, VIP Hacı


Saudia Arabia -- Muslim pilgrims pray around the holy Kaaba at the Grand Mosque, during the annual hajj pilgrimage in Mecca, October 1, 2014
Saudia Arabia -- Muslim pilgrims pray around the holy Kaaba at the Grand Mosque, during the annual hajj pilgrimage in Mecca, October 1, 2014

-

Həcc 2014 – selfie, ebola, VİP Hacı

Oktyabrın 2-dən başlanan Həcc mərasiminin bu il yeni qayğıları da var. 2 milyona yaxın müsəlman Məkkədə 5 günlük Həcc mərasiminə qatılmaq üçün gəlib və bu da dünyada insanların qısa bir müddət ərzində bir araya gəldiyi ən böyük ziyarətdir.

Builki ziyarəti öncəkilərdən fərqləndirən yeni qayğılardan biri Ebola virusudur.

EBOLA VIRUSU

Qərbi Afrikada yayılan virus qısa müddət ərzində 3 mindən çox insanın ölümünə səbəb olub. Hazırda xəstəlik Afrikadan gedənlər vasitəsi ilə digər ölkələrdə, ö cümlədən Qərbdə, Amerikada da aşkarlanır.

Ancaq Səudiyyə Ərəbistanı virusun yayıldığı ölkələr – Sierra Lione, Liberiya və Gvineyadan həccə gəlmək istəyənlərə qadağa qoyub. Bu 3 ölkənin birlikdə kvotası 7400 nəfər idi və Səudiyyə Ərəbistanı krallığından əmindirlər ki, bununla da Ebola virusunun hacılar arasında yayılması təhlükəsinin qarşısını alırlar.

Həcc ziyarətinə bu il gələnlərdən tibbi sağlamlıq kartlarını doldurmaq və son 3 həftədə etdikləri səyahətlər barədə də məlumatlar göstərməsi tələb olunur.

Pandemik xəstəliklərlə bağlı xəbərdarlıqlar son bir neçə ildə hər dəfə Həcc öncəsi təkrarlanır. Quş qripi, Donuz qripi, ötən il isə yeni bir qrip virusu ilə xəbərdarlıqlar verilsə də, Həcc Ziyarətinə gələnlər arasında kütləvi yoluxma halları qeydə alınmamışdı.

Ancaq bu ilin yazında Səudiyyə Ərəbistanı MERS virusu, bu qriplərin Yaxın Şərqdə yayılan bir forması epidemiya şəklində yayılmışdı. 750 nəfərin yoluxduğu virus 319 nəfərin ölümünə səbəb olub.

HACILARIN SELFİE XƏSTƏLİYİ

2014-cü ilin Həcc ziyarətinin yeni bir özəlliyi də, hacıların “selfie” həvəsidir. Həcc ziyarətinə gələnlər ziyarət elədikləri yerlərdə öz şəkillərini çəkib sosial mediada yayırlar. ARAB News agentliyi bildirir ki, ən çox Həcc “selfie”ləri Kəbə ətrafında, Qara daşın öpülməsi zamanı, şeydanın daşlanması mərasimlərində olur.

Bunun əsas səbəbi odur ki, Səudiyyə Ərəbistanı rəsmiləri öncəki illərdə olan müqəddəs ziyarətgahlara mobil telefonla girmək qadağasına nəzarəti bu il bir qədər yumşaldıblar.

Ancaq din xadimləri, xüsusən də Səudiyyə Ərəbistanından Assim Al-Hakeem, Abdul Razzaq Al-Badr və başqa sünni müftiləri bu davranışı tənqid edir və zəvvarların özlərini ziyarətçi kimi yox, adi turist kimi aparmaqla ziyarətin məqsədinə kölgə düşürdüklərini bəyan ediblər.

VİP HACILAR

Azərbaycandan bu il Həcc ziyarətinə gedəcək zəvvarlar Səudiyyə Ərəbistanına bu il də xüsusi VİP xidmətlər təklif olunub. Qafqaz Müsəlmanları İdarəsi zəvvarlar üçün «biznes klass» salonlu təyyarələr də ayırıb.

Bu il Azərbaycandan Həccə 3200 zəvvar yollanıb. Onlar təxminən oktyabrın 10-dan Azərbaycana qayıdacaqlar.

Azərbaycandan Həcc ziyarətinin qiyməti – VİP Hacılar üçün 4100 manat, digərləri üçün isə 3250 manatdır.

QURBAN BAYRAMI TƏTİLİ – 4 GÜN

Bu il Azərbaycanda 4 və 5 oktyabr Qurban bayramıdır. Ancaq bayram tətili 4 gün sürəcək. Əmək Məcəlləsinə əsasən, 4 və 5 oktyabr tarixləri şənbə və bazar günlərinə təsadüf etdiyi üçün iş və istirahət günlərinin yerləri dəyişdirilir, beləcə 6 və 7 oktyabr tarixləri də qeyri-iş günü olacaq.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG