Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:07

Belarus prezidenti Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazırdır


Alyaksandr Lukashenka

Alyaksandr Lukashenka

-

Belarus prezidenti Alyaksandr Lukashenka deyib ki, o, Ukraynaya sülhməramlı qüvvələr göndərməyə hazırdır.

O, «Euronews» televiziya kanalına müsahibəsində deyib ki, ehtiyac olarsa bu yardımı göstərə bilər. Amma prezident onu da əlavə edib ki, «öz əsgərlərimi risk altına atmaq mənim üçün təhlükəlidir. Rusiya Qərbə etibar etmirsə, Qərb Rusiya inanmırsa, ABŞ və Rusiya bir-birinə bel bağlamırsa və döyüşən tərəflər arasında güvənsizlik hökm sürürsə, onda öz hərbi qüvvələrimi risk altında qoyuram».

Lukashenka onu da deyib ki, o, aylar öncə Belarus sülhməramlı qüvvələrini göndərməyi təklif edib, amma tərəflər bu təklifi rədd edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG