Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:37

İD İraqda hökumət binasına hücum edib


İraqda özünü İslam Dövləti adlandıran yaraqlılarla hökumət hərbçiləri arasındakı döyüşlərdə 60-a yaxın adam ölüb.

Oktyabrın 2-də yaraqlılar İraqın qərbindəki Hit şəhərində yerli hökumət binasına intiharçı bomba hücumu olub.

Polisin 20 hücumçunu öldürdüyü deyilir.

Vuruşmada azı 7 polis və 4 əsgər ölüb.

Yaraqlılar İraq ordusunun Ramadidən kənardakı 8-ci briqadasına da hücum edib. 6 əsgərin, 13 yaraqlınıın öldüyü deyilir.

XS
SM
MD
LG