Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:36

Donetsk döyüşlərində Qırmızı Xaç əməkdaşı həlak olub


-

Oktyabrın 2-də Donetskin mərkəzində yerləşən Qırmızı Xaç təşkilatının offisinə mərmilər düşüb, nəticədə təşkilatın isveçrəli əməkdaşı həlak olub. Qərb agentliklərinin yaydığı bu xəbəri Qırmızı Xaçdan təsdiq ediblər. Hadisənin axşam saat 7 radələrində baş verdiyi bildirilir.

Sentyabrın əvvələrində Ukrayna rəhbərliyi və Donbass separatçıları arasında atəşkəs razılaşması əldə olunsa da, Donetsk şəhərində bu razılaşma gündəlik olaraq pozulurdu.

Döyüşlər, əsasən şəhərin şimal kənarında olan aeroport uğrunda gedir. Burada mövqe tutan Ukrayna ordusu aeroportu Rusiyameylli yaraqlıların hücumlarından qorumağa çalışır. Separatçılar iddia edirlər ki, Donetsk şəhəri məhz buradan artilleriya zərbələrinə məruz qalır. Kiyev iddiaları rədd edərək, aeroportu ancaq müdafiə etdiyini və bura hücum edənlərə atəş açdığını deyir.

Son günlər separatçılar dəfələrlə xəbər yayıb aeroportu ələ keçirdiklərini elan etsələr də, Ukrayna ordusu bunu təkzib edir.

Oktyabrın 1-də Donetskdə gedən döyüşlərdə 10 nəfərin həlak olduğu bildirilirdi.

Günün bütün mövzuları

XS
SM
MD
LG