Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 04:18

ARDNŞ-in nəzdində üç yeni idarə yaradılıb


Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) nəzdində təbii qazın satışı, enerji yataqlarının işlənməsində ekoloji vəziyyət və informasiya texnologiyaları ilə məşğul olacaq üç yeni idarə yaradılıb. Şirkətin prezidenti Rövnəq Abdullayevin sözlərinə görə, əvvəllər Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin tərkibinə daxil olan Qaz Departamentinin əsasında yaradılan Qaz Əməliyyatları İdarəsi Azərbaycan qazının və Rusiyayla İrandan idxal edilən qazın satışı ilə məşğul olacaq. Ekologiya İdarəsi isə Azərbaycanın bütün karbohidrogen yataqlarında ekoloji vəziyyətə cavabdeh olacaq.


ARDNŞ-in strukturlarının yenidənqurulması prosesi 2005-ci ilin dekabrından başlanıb. Şirkətdə 60 minə yaxın insan çalışır. ARDNŞ hər il 8 milyon tona yaxın neft və 4 milyard kubmetr qaz hasil edir. Ötən il şirkətin çıxardığı neftin maya dəyəri 42 dollar, 1000 kubmetr qazın qiyməti isə 24 dolardan çox olub. Müstəqil ekspertlərin hesablamalarına görə, ARDNŞ-in illik maliyyə dövriyyəsi ötən il 3,6 milyard dollar olub.


Günün bütün mövzuları

XS
SM
MD
LG