Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 01:04

İranın 135 jurnalist və ictimai fəalı prezident Rohaniyə açıq məktub yazıb. Məktubda prezident tənqid olunur ki, Rohani İranda həbsdə jurnalistlərin olmasını danır.

Rohani CNN televiziyasına demişdi ki, “Mən inanmıram ki, kimsə jurnalist olduğuna görə tutula və ya həbsxanaya salına”.

Açıq məktubda deyilir ki, Rohani verdiyi seçki vədlərinə uyğun yaşamır. O vəd vermişdi ki, mediaya hökumət nəzarətini azaldacaq.

İyun ayında Sərhədsiz Reportyorların hesabatına görə, İranda 58 jurnalist həbsdədir.

Hesabatda deyilirdi ki, İran media üçün dünyanın 5

ən böyük həbsxanasından biridir.

Günün bütün mövzuları

XS
SM
MD
LG