Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 00:03

Dövlət Proqramı ilə xaricdə 494 nəfər təhsil alır.


-

Bu il dünya universitetlərinin QS Reytinqi üzrə ilk 20-likdə yer tutan ali məktəblərə 58 azərbaycanlı təqaüdçü qəbul olunub.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Nazirlik bildirir ki, ilk 30 yerdə olan universitetlərə qəbul olunan tələbələrin ümumi sayı 110-dur.

Hazırda Dövlət Proqramı üzrə xaricdə təhsil almaq üçün sənədləri təsdiq olunan təqaüdçülərin sayı 494 nəfərdir.

Məlumata görə, hazırda Dövlət Proqramı çərçivəsində 319 nəfər magistratura, 45 nəfər doktorantura, digərləri isə bakalavriat və rezidentura üzrə xaricdə təhsil almaq hüququ qazanıb.

Bu il Türkiyədə tibdə uzmanlıq imtahanından keçən tələbələr 66-68 bal toplayaraq yerli tələbələr arasında ən yüksək nəticə göstərənlər sırasında olublar. İlk dəfə bir ildə 9 nəfər Almaniyada magistr səviyyəsində təhsil almaq üçün Dövlət Proqramı qazanıb. Avropa musiqisi üzrə 2 nəfər bakalavr səviyyəsi üzrə təhsil almaq üçün göndərilib.

Nazirlik deyir ki, Almaniyada baza tibb təhsili almaq üçün 4 nəfər 650-dən artıq bal toplayıb:

«İlk dəfə nanotexnologiya üzrə 10 nəfər tələbə magistr xaricə göndəriləcək».

XS
SM
MD
LG