Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 02:54

Elmar Məmmədyarov Avropa Şurasının baş katibi ilə görüşüb


Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının baş katibi Torbyorn Yaqland ilə görüşüb. XİN-in mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüş Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi ilə əlaqədar E. Məmmədyarovun AŞPA-nın payız sessiyasında iştirakı çərçivəsində olub.

Görüş zamanı Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində davam edən danışıqlar, Azərbaycanla Avropa Şurası arasında qarşılıqlı əməkdaşlığın hazırkı durumu və inkişaf perspektivləri, Azərbaycanın Avropa Şurası Nazirlər Komitəsinə sədrliyi, Azərbaycanla Avropa Şurası arasında 2014-2016-cı illər üzrə Fəaliyyət Planının icrası, eləcə də regionda və dünyada baş verən proseslərlə bağlı fikir mübadiləsi aparılıb.

XS
SM
MD
LG