Keçid linkləri

logo-print
2016, 02 Dekabr, Cümə, Bakı vaxtı 22:16

Yanukovich getdi, korrupsiya qaldı.

İranda 20 min dollarla başlanan internet ticarəti şirkətinin qiyməti indi 100 milyondur.

Çində Putinə niyə “Böyük Putin” deyirlər?

Dünya mediası bu gün nədən yazır?

Yanukovich getdi, korrupsiya qalır.Wall Street Journal qəzeti yazır ki, korrupsiya Ukraynanın köhnə bəlasıdır və ölkəni içəridən yeyir. Xarici təhlükə Rusiyadan gəlir. Ancaq bu, son vaxtlar sabitləşib, indi ölkə diqqətini korrupsiya ilə mübarizəyə yönəltməlidir. Transparency İnternational Ukraynanı korrupsiyaya görə 177 ölkə arasında 144-cü yerə qoyur.

Baş nazir Yatsenyuk bildirir ki, Yanukovich dövründə dövlətdən 37 milyard dollar oğurlanıb. Bu, Ukraynanın Ümumi Daxili Məhsulunun 20 faizidir.

Ukraynada korrupsiyanın çoxlu forması var. Yanukovich hökuməti qazı hökumət qiymətinə alıb, bazar qiymətinə satırdı.Bazar qiyməti bəzən 8 dəfə yuxarı olurdu. Ukraynaın baş nazirinin müavini Groyzman deyir ki, bu yolla hökumətə yaxın olanlar 2,5 milyard dollar qazanıb.

Futbol üzrə Avropa Birlinciliyi üçün 2008-ci ildə Lvovda stadion tikintisinə Avstriya şirkəti 191 milyon dollar istəyirdi. Ancaq bu sifarişi Donetskdəki Atkom şirkətinə verdilər. Atkom stadionu 370 milyon dollara tikdi. Avropa İnvestisiya Bankı layihəyə pul qoymaq istəyirdi, etiraz olaraq uzaqlaşdı.

Maydan inqilabından sonra korrupsiya ilə mübarizəyə imkan yaranıb. Ancaq Ukrayna parlamenti milyoner klubu olaraq qalır, Ukraynada adambaşına ÜDM isə 4 min dollardan azdır.

Keçmiş prezident Yushenko dövründə prezident administrasiyasının rəhbəri olan Rybachuk hazırda QHT rəhbəridir. Onun təşkilatı parlamentin 450 deputatının gəlir bəyannamələrini araşdırıb. Məlum olub ki, cəmi bir neçə deputat rəsmi göstərdiklıəri pula dolanır.

Qəzet yazır ki, Ukraynanın korrupsiya ilə necə mübarizə aparmalı olduğunu demək asandır. Bunun Yolunu Estoniya və Gürcüstan göstərib. Dövlət öz tənzimləyici orqanlarını məhdudlaşdırmalıdır və ya ləğv etməlidir. İqtisadiyyata dövlət müdaxiləsi minimum olmalıdır. Korrupsiyaya, rüşvətə ən çox şərait yaradan məhz dövlət tənzimləməsidir.

İRANDA İNTERNET TİCARƏTİ

Financial Times qəzeti yazır ki, 2007-ci ildə Həmid və Səid adlı iki qardaş İranda Digikala adlı internet ticarəti şirkəti açanda onların 20 min dollar kapitalı var idi.

İndi onların şirkəti İranda internetlə alqı-satqı bazarının 85 faizinə sahibdir. Şirkətdə Mohammadi qardaşlarının payı 49 faizdir. Şirkətin qiyməti isə 100 milyon dollardır.

Ancaq qəzet yazır ki, İran dünyada internet ticarətinin ən zəif inkişaf etdiyi yerdir. Bu sektorun iqtisadiyyatda payı cəmi 0,7 faizdir. Bu qonşu Türkiyədən, BƏƏ-dən dəfələrlə azdır. Halbuki İranda əhalinin 70 faizinin yaşı 35-dən azdır. İranda internet və mobil telefon istifadəsi Yaxın Şərqdə ən yuxarıdır. İranda əhalinin 55 faizinin interneti var, mobil telefon istifadəsi isə 126 faizdir. Yəni hər 100 iranlıya 126 mobil telefon düşür.

İranda online bankçılığa da son illər etibar artıb. Bununla belə sanksiyalara görə, İranda PayPal və digər beynəlxalq online pul köçürmə sistemləri yoxdur. Xarici investisiya sıfır səviyyəsindədir. Facebook və Google-da reklam mümkün deyil.

ERMƏNİSTAN JURNALİSTİKASI MƏNBƏNİ GİZLİ SAXLAMAQ UĞRUNDA VURUŞUR

Hərb və Sülh İnstitutu yazır ki, Ermənistan mediası mənbənin gizli saxlanması uğrunda mübarizə aparır.

Media qorxur ki, appelyasiya məhkəməsinin yeni qərarı mənbəni gizli saxlamağa son qoya.

Appelyasiya məhkəməsinin həmin qərarı mənbənin gizli saxlanması əleyhinədir. Sentyabrın 22-də verilən bu qərara media azadlığında geriyə böyük addımdır.

Appelyasiya məhkəməsi qərar verdi ki, Hraparak qəzeti və ilur.am veb saytı may ayında dərc etdikləri yazıda dedikləri mənbəni açsınlar. Yazlıda isə bildirilirdi ki, Şirak regionunun polis rəisi Olimpiya yığmasının üzvü, güləşçi Artur Alexanyanı və onun qardaşı Rafaeili öldürüb.

Ermənistanın Xüsusi İstintaq Xidməti qəzeti və vebsaytı məhkəməyə verdi ki, yazdıqlarını sübut etsinlər. Çünki İstintaq Xidməti belə subutların onda olmadığını bildirirdi. Hraparakdakı məqalənin müəllifi Susan Simonyan deyir ki, bu, mətbutaın gözünü qorxutmaq cəhdidir və o, mənbəni açmaycaq.

Hraparak qəzetinin redaktoru Armine Ohanyan isə bildirir ki, Avropa İnsan haqları məhkəməsinə müraciət edəcəklər. Yerevan universitetində dərs deyən Liana Sayadyan hesab edir ki, Avropa insan haqları məhkəməsinin qərarı Ermənistan juranlistlərinin xeyrinə olmalıdır. Onun sözlərinə görə, anonim mənbə jurnalizmdə, xüsusilıə araşdırma jurnalistikasında mühüm rol oynayır. Anonimlik prinsipinin qorunması jurnalist işində çox mühümdür.

“BÖYÜK PUTİN”

Wall Street Journal qəzeti məqaləsinin başlığında sual qoyub ki, Rusiya prezidenti niyə Çində “Böyük Putin” hesab olunur? Qəzet öz sualına belə cavab verir ki, Çin lideri Xi Jinping kimi Putin də Çində güclü lider sayılır, elə lider ki, Qərbə qarşı çıxmağa qorxmur.

Qəzet yazır ki, Çində bir çoxları Putinə “Böyük Putin” deyir. Ukrayna böhranı başlanandan Çində Putin haqda kitablar qəzetin “ifadəsi ilə deyilsə, “uçur”.

Çində sentyabr ayında ən çox satılan 10 kitabdan biri Putinin həyatı haqda kitabdır.

Qəzet yazır ki, Çinin Putin haqda kitablara marağı ədəbi maraqdan qırağa çıxan məsələdir. Bu, Soyuq müharibədən sonrakı dünya nizamı və Çin siyasəti ilə bağlıdır. Uzun illər aralarında ərazi mübahisə olan Çin və Rusiya indi ABŞ-ın başçılıq etdiyi dünya təhlükəsizlik nizamına qarşı çıxırlar.

Çin dünyada çox az ölkədən biridir ki, Ukrayna böhranından sonra Putinin reytinqi qalxıb. Putin Ukraynaya görə Qərblə qarşıdurmaya gedəndən ABŞ-ın Pew Sorğu Mərkəzinin sorğusuna görə, Putinin Çindəki reytinqi 47 faizdən 66 faizə yüksəlib.

Çinin Online xəbər xidməti İn Touch Today-in sorğusunda isə Krımı anneksiya edəndən sonra Putinin reytinqi 92 faizə qalxıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG