Keçid linkləri

2024, 23 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 14:11

M.Qəhrəmanlı: «Qrant haqqında qanuna edilən təkliflər QHT-lərin fəaliyyətinə son qoya bilər»


Mirvari Qəhrəmanlı
Mirvari Qəhrəmanlı

-

Gözlə

No media source currently available

0:00 0:01:58 0:00
Direct-ə keçid

««Qrant haqqında» qanuna edilən təkliflər mürtəce xarakter daşıyır və QHT-lərin fəaliyyətinə son qoya bilər».

Bunu Neftçilərin Hüquqlarının Müdafiə Komitəsinin sədri Mirvari Qəhrəmanlı AzadlıqRadiosuna açıqlamasında deyir:

««Qrant haqqında» qanunun 2-ci maddəsinə əlavə edilən hissədə deyilir ki, qrant vermək hüququnun əldə edilməsi üçün müvafiq icra hakimiyyəti orqanının qrantın maliyyə-iqtisadi məqsədəmüvafiqliyinə dair rəyi tələb olunur. Bu dəyişikliyin hüquqi əsası yoxdur. Müstəqil fəaliyyət göstərən QHT dövlət orqanlarından asılı vəziyyətə salınır».

Mirvari Qəhrəmanlı deyir ki, bu dəyişikliklə icra orqanının, yəni Ədliyyə Nazirliyinin bu halda səlahiyyətləri genişlənir:

«Deməli, nazirlik istədiyi QHT-yə rəy verəcək, istəmədiyi quruma yox. İkincisi də, bu dəyişiklik «Qrant haqqında» qanunun 2.6 maddəsinə ziddir. Bu bənddə qeyd olunur ki, qrant verməkdə donorlar tam sərbəstdir».

MALİYYƏ-İQTİSADİ MƏQSƏDƏMÜVAFİQLİK NƏ DEMƏKDİR?

QHT rəhbərinin dediyinə görə, donor tərəfindən ayrılan qrant Azərbaycanın dövlət büdcəsinə aid olmur, donora məxsusdur:

«Bu halda layihənin maliyyə-iqtisadi məqsədəmüvafiq olması, müvafiq icra orqanı tərəfindən yox, donor tərəfindən müəyyənləşir».

Mirvari Qəhrəmanlı deyir ki, bu dəyişiklik, ümumiyyətlə, müstəqil QHT-lərin fəaliyyətini məhdudlaşdırır:

«Maliyyə-iqtisadi məqsədəmüvafiqlik nə deməkdir? Bu terminin bu bənddə izahı nədən ibarətdir, Anlaşılmır».

«Qrant haqqında» qanuna bir sıra dəyişiklik edilməsi təklifini Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynov komitə iclasında səsləndirib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG