Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 16:06

Obama deyir ki, Vaşinqton Honq Konqdakı hadisələri yaxından izləyir


ABŞ prezidenti Barack Obama deyir ki, Birləşmiş Ştatlar Honq Konqda etiraz aksiyalarını yaxından izləyir. O, problemin dinc yolla həllinə çağırıb. Obama bunu oktyabrın 1-də Ağ Evdə Çinin xarici işlər naziri Wang Yi ilə görüşündə deyib.

Ağ Evin bəyanatında isə bildirilir ki, “Birləşmiş Ştatlar Honq Konqun sabitliyi və çiçəklənməsi üçün vacib olan açıq sistemi daim dəstəkləyib”.

Wang-un sözlərinə görə, etirazlar “Çinin daxili işləridir” və digər ölkələri onun suverenliyinə hörmət etməyə çağırıb.

Etirazçılar Pekinin 2017-ci ildə liderliyə namizədlərin yoxlama planına qarşı çıxırlar. Onlar oktyabrın 1-də bildiriblər ki, əgər birinci postda olan rəsmi oktyabrın 2-dək istefa verməsə, etirazlar güclənəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG