Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 04:18

Avropa insan haqları komissarı Krım tatarlarından narahatdır


Ukrayna,Krım tatarları

Ukrayna,Krım tatarları

Avropa Şurasının İnsan Haqları komissarı Nils Muiznieks deyir ki, onun Ukrayna ilə bağlı “ən böyük narahatlığı” Rusiya martda anneksiya edəndən sonra Krımda qalan tatarlardır.

Muiznieks oktyabrın 1-də Strasburqda Avropa Şurası Parlament Assambleyasına bu barədə danışıb.

Komissar söyləyib ki, Krımdakı etnik tatarların təhlükəsizliyi silahlı və maskalı təhlükəsizlik işçilərinin reydləri ilə alt-üst olub.

Muiznieks-in sözlərinə görə, silah və ya ekstremist ədəbiyyat axtaran bu reydlər zorakılıq tarixi olmayan bir icma üçün “tamamilə uyğun” deyil.

O, Ukrayna daxilində didərgin düşmüşlərin haraya köçməklərindən asılı olaraq müdafiəsiz qaldıqlarını vurğulayıb.

BMT bildirir ki, 350 min ukraynalı ölkənin şərqindən, 18 min nəfər isə Krımdan didərgin düşüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG