Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:50

Bosniyanın keçmiş serb lideri Radovan Karadzic Haaqada BMT tribunalında yekun nitqinə başlayıb. O, deyib ki, “bütün serblər” mühakimə olunur.Karadzic müdafiəsini özü təşkil edir. Ona 11 ittiham irəli sürülüb. O, 1995-ci ilin iyulunda 7.500 müsəlman kişi və oğlanın öldürüldüyü Srebrenica qətliamında da ittiham olunur.

Karadzic oktyabrın 1-də Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalında hakimlərə deyib ki, “mühakimə olunan serb xalqıdır”. O, serblərə qarşı məhkəmənin qərəzli olduğuna işarə edib.

Müdafiəsinin qısa icmalında Karadzic deyib ki, o, mühakimə olunmamalıdır, ancaq hərbi lideri olduğu Bosniya serblərinin törətdiyi cinayətlər üçün mənəvi məsuliyyəti üzərinə götürür.

Prokurorlar Karadzic-ə qarşı ömürlük həbs istəyirlər, deyirlər ki, o, 1992-1995-ci illər Bosniya müharibəsi zamanı Bosniyanı qeyri-serb əhalidən qurtarmaq üçün genosid kampaniyasının “aparıcı qüvvəsi” olub.

Günün bütün mövzuları

XS
SM
MD
LG