Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 18:06

Kabildə intiharçı hücumunda 3 nəfər ölüb, 10 nəfər yaralanıb. Daxili İşlər Nazirliyi bildirir ki, intiharçı ordu avtobusunu hədəfə alıb. Bir gün öncə də oxşar hücum baş vermişdi.

Oktyabrın 1-də talibançı intiharçılar Kabildə əfqan əsgərlərini daşıyan iki avtobusu da vurublar. 7 nəfər ölüb, 21 nəfər yaralanıb.

Bu hücumlardan bir gün öncə isə Əfqanıstan NATO və Birləşmiş Ştatlar ilə təhlükəsizlik sazişləri imzalayıb. Bu razılaşmalar xarici əsgərlərin gələn il də ölkədə qalmasına imkan yaradır. Yeni prezident Ashraf Ghani seçki kampaniyası zamanı belə bir vəd vermişdi.

Taliban 1 oktyabr partlayışlarına görə məsuliyyəti üzərinə götürüb, Ghani-ni və onun hökumətini xarici əsgərlərin ölkədə qalmasına icazə verdiyinə görə tənqid edib, onu “oyuncaq rejim” adlandırıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG