Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 00:32

4-cü Bakı Beynəlxalq Humanitar Forumu başlanır


Oktyabrın 1-də Heydər Əliyev Mərkəzində 4-cü Bakı Beynəlxalq Humanitar Forumu başlanıb. Foruma 60-dan çox ölkənin dövlət xadimi, alimləri dəvət olunub.

ANS TV- nin məlumatına görə, forumda müxtəlif ölkələrin, nüfuzlu beynəlxalaq təşkilatların,10-a yaxın ölkənin sabiq dövlət başçısı iştirak edir.

Artıq ənənə halını almış, 4-cü dəfə keçirilən Forumun proqramına bir sıra mövzular daxil edilib. Bakıda dünyanın maraq dairəsində olan ən aktual məsələlər, Suriya, İraq problemi, terrorizmlə mübarizə, Qərblə Rusiya münasibətləri fonunda, iqtisadi sanksiyalar və digər sahələrdə qızğın müzakirələrin gedəcəyi gözlənilir. Proqrama əsasən Rusiya prezidenti Vladimir Putinin forum iştirakçılarına müraciəti oxunacaq. Rusiya Federasiya şurasının sədri Valentina Matviyenkonun çıxışı da maraq doğurur. Ardınca beynəlxalq təşkilatların rəsmilərinin, sabiq dövlət hökumət başçılarının çıxışları maraqla gözlənilir. Plenar iclasda multikulturalizm, rəqəmsal dövrdə medianın rolu, 21-ci əsrin çağırışları və sair mövzular ətrafında fikir mübadiləsi aparılacaq. Artıq qonaqlar paytaxtımızdadırlar.

Prezident İlham Əliyev Foruma dəvət edilən dövlət xadimlərinin bəzisini qəbul edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG