Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:37

Netanyahu: "Heç bir saziş İranı nüvə “astanasında” buraxa bilməz"


Benjamin Netanyahu, İsrailin baş naziri

Benjamin Netanyahu, İsrailin baş naziri

İsrailin baş naziri deyir ki, İranla heç bir saziş Tehranı nüvə silahı hazırlamağın “astanasında” buraxa bilməz. Netanyahu bunu Ağ Evdə prezident Barack Obama ilə görüşdə söyləyib.

Obama da İsrail liderini çağırıb ki, fələstinli dinc sakinlərinin ölümünü əngəlləmək üçün yollar axtarılmasını yardım etsin. Bu yay baş verən Qəzza müharibəsində 2 mindən çox fələstinli həlak olub.

İsrailin Şərqi Qüdsdə 2.600-dən çox ev tikmək planını dəstəkləməsi Netanyahunun səfərinə kölgə salıb.

Ağ Ev deyib ki, bu məsəli liderlərin qapalı görüşündə müzakirə olunub. Xəbərdarlıq olunub ki, bu tikintini beynəlxalq ictimaiyyət pisləyəcək, fələstinlilər və ərəb hökumətləri ilə “mühiti zəhərləyəcək” və İsrailin sülhə sadiqliyinə şübhə yaradacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG