Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 11:49

ABŞ məxfi xidmətinin ilk qadın direktoru Konqresdəki dinləmələrdə ona qarşı edilən təzyiqlərin ardınca vəzifəsindən istefa verib.

Konqresmenlər Julie Pierson-u Ağ Evin təhlükəsizliyinin pozulmasında və doğru olmayan bəyanatlar yaymaqda günahlandırıblar.

Konqresin hökumətə nəzarət edən komitəsi qarşısında göründükdən az sonra xanım Pierson istefa ərzəsini Daxili Təhlükəsizlik Nazirliyinə təqdim edib.

Daxili təhlükəsizlik naziri Jeh Johnson istefa ərizəsini qəbul etdikdən sonra xanım Piersona ABŞ təhlükəsizlik xidmətinin sıralarındakı 30 illik işinə görə təşəkkürünü bildirib.

Cənab Johnson elan edib ki, Julie Piersonu 2011-ci ildə xidmətin keçid direktoru kimi istefa vermiş Joseph Clancy əvəz edəcək.

Cənab Clancy əvvəllər məxfi xidmətin prezident mühafizəsi bölümündə agent kimi çalışıb.

Daxili təhlükəsizlik naziri həmçinin öz müavini Alejandro Mayorkas-a sentyabrın 19-da Ağ Evin hasarının bir nəfər tərəfindən aşılması barədə təhqiqatın aparılmasını tapşırıb.

Ağ Evin sözçüsü Josh Earnest bildirib ki, məxfi xidmətə yeni rəhbərliyin təyinatı barədə təşəbbüs prezidentin özünə məxsusdur.

Sözçü deyib ki, cənab Clancy-yə həm prezident, həm də birinci ledi etibar edirlər.

Julie Piersons Ağ Evin hasarı ilə bağlı insident barədə bəyanatında yanlış olaraq həyətə soxulanın silahsız olduğunu və kandardan o yana keçə bilmədiyini bildirmişdi.

Ötən çərşənbə günü ordu veteranı Omar Gonzalez Ağ Evin hasarını aşmışdı.

Müstəntiqlər həmin vaxt Gonzalesin üstündə Spyderco vg10 bıçağının olduğunu bildiriblər.

Xəbər verilir ki, Gonzales Ağ Ev hasarının beşqat mühafizəsini keçə bilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG