Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 11:13

-

Dövlət Neft Şirkətinin (SOCAR) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2014-cü ilin sentyabr ayında 184 min tona yaxın benzin ixrac edib.

SOCAR-ın yaydığı məlumata görə, şirkət ötən ay 8 min 534 ton avtomobil benzini, 83 min 334 ton dizel, 19 min 174 ton təyyarə və 72 min 889 ton vakuum qazoylu ixrac edib.

Ümumilikdə, 2014-cü ilin ilk 9 ayında Azərbaycan xaricə 1.2 milyon ton benzin ixrac edib. Bunun 9 min 280 tonu avtomobil benzini, 712 min 941 ton dizel yanacağı, 138 min 889 ton təyyarə yanacağı, 417 ton soba mazutu və 358 min 772 ton vakuum qazoyludur.

2014-cü ilin sentyabrında dünya bazarında etilləşdirilmiş benzinin qiyməti 1 ton üçün -906, təyyarə yanacağı - 883, dizel yanacağı -826, 1% kükürdlü mazutun qiyməti 567 ABŞ dolları olub.

Sentyabrda Novorossiysk limanından 85 min, Supsa limanından 254 min ton, Ceyhan limanından 1 milyon 725 min 423 ton xam neft ixrac olunub.

Yanvar-sentyabr aylarında Novorossiysk limanından 763 min ton, Supsadan 2 milyon 283 min 286 ton, Ceyhan limanından 15 milyon 635 min 400 ton xam neft ixrac edib.

Günün bütün mövzuları

XS
SM
MD
LG