Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 14:30

İlham Əliyev xalqı Qurban bayramı münasibəti ilə təbrik edib


İlham Əliyev

İlham Əliyev

-

Prezident İlham Əliyev oktyabrın 1-də Azərbaycan xalqını Qurban Bayramı münasibəti ilə təbrik edib:

«Cəmiyyətimizdə humanizm və qardaşlıq duyğularını daha da gücləndirən Qurban mərasimləri hər il Azərbaycanda yüksək əhval-ruhiyyə və böyük təntənə ilə keçirilir. Bu günlər dövlətimizin tərəqqisi, xalqımızın rifahı və əmin-amanlığı üçün dualar edilir, şəhidlərimizin nurlu xatirəsi ehtiramla yad olunur. Ümidvar olduğumu bildirirəm ki, bu xeyirxah niyyətləriniz, dua və diləkləriniz gerçəkləşəcək, Ulu Tanrının mərhəməti heç zaman xalqımızın üstündən əskik olmayacaqdır».

Təbrikinin sonunda prezident Qurban Bayramında Azərbaycanda və dünyada yaşayan azərbaycanlılara xoşbəxtlik, ruzi və xeyir-bərəkət arzulayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG