Keçid linkləri

2024, 18 Aprel, Cümə axşamı, Bakı vaxtı 23:30

Bakıda bal yarmarkası


Foto: Arxiv
Foto: Arxiv

-

Oktyabrın 1-dən 30-na qədər Bakıda bal yarmarkası keçiriləcək.

Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumata görə, yarmarkaya ölkənin 40 rayonundan 438 arıçı qatılıb. Ümumilikdə 190 ton bal, 500 kq çiçək tozu, 200 kq güləm, 5 kq arı südü və 150 kq vərəmum satışa çıxarılıb.

Ötən yarmarkalardan fərqli olaraq bu dəfə beynəlxalq əməkdaşlıq imkanlarının genişləndirilməsi məqsədilə Qırğızıstanda istehsal edilmiş arıçılıq məhsullarının da satışına yarmarkada şərait yaradılıb.

Açılışa qatılan kənd təsərrüfatı naziri Heydər Əsədov yarmarkada yaradılan şəraitlə tanış olub, bal istehsalçıları və alıcılarla söhbətləşib, balın keyfiyyəti və qiyməti ilə maraqlanıb, arıçılığın inkişafına dair tövsiyələrini verib. Bildirib ki, sərgi-satış yarmarkasına ancaq laboratoriyalarda yoxlanmış məhsullar buraxılıb.

Yoxlamalardan keçmiş 8 arıçının 3 min 530 kiloqram balının keyfiyyətsiz olduğu üzə çıxıb və arıçıların yarmarkaya buraxılmasına icazə verilməyib.

Kənd Təsərrüfatı Nazirliyi yarmarkanın keçirildiyi ərazini 24 saat videokameralarla izləyəcək.

Yarmarka Bakıda - metronun «28 may» stansiyasının yanında, keçmiş ayaqqabı fabriki binasında keçiriləcək.

XS
SM
MD
LG