Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 18:36

-

Seyid Aynur

İyrənirəm şairlərdən,

İyrənirəm əllərimdən.

Qozbel adam qoymur yatam!,

Bütün bu “düz” məmləkətin,

Əyri dabanlı adamı-

“Mədəni” soydaşlarımın,

İçində insan- yabanı!.

Bircə odur yarım olan,

Bər-bəzəkli geyənlərin,

İçində lüt, yalın qalan-

Qozbel adam qoymur yatam!,

Yapışaraq eyvanımdan,

Hər gecə məhəbbət gəzir,

Kobud, çirkli barmaqları,

Yarpaqları, gülü əzir.

Qozbel adam, qoymur yatam!,

Günahlar içində məni,

O -tənhalıq girdabında,

Batan adam sevir məni,

Gözlərimdən gecəyarı,

Şərab kimi içir məni......

Qozbel adam, qoymur yatam!.

İyrənirəm şairlərdən,

İyrənirəm əllərimdən.

Bircə gecə sevim deyə,

Qisas alır güllərimdən.

Qozbel adam qoymur yatam!,

Qadağanı, yoxu söyür,

Bəlkə, də mən,

bəlkə də, o, yuxu görür?!.

Eyvanımın yaxasından,

Sonda çəkib əllərini,

Milyonların arasında,

Öləcəksən, sabah deyir!.

Öləcəksən, bu vaxt deyir!.

Qozbel adam qoymur yatam.......

Günün bütün mövzuları

XS
SM
MD
LG