Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:46

-

«O, bizim şəhidimizdir, sizin ziyarətinizə icazə yoxdur».

Bu cavab simsar.az saytının Hacıqabula ezam olunmuş əməkdaşlarına rayonda çəkiliş aparmaq istəyərkən polis əməkdaşı deyib.

Bu haqda simsar.az saytı məlumat yayıb.

Məlumatda deyilir ki, saytın əməkdaşları bir neçə gün öncə vəfat edən Azərbaycan ordusunun zabiti Allahverdi Baxışlının ailəsini ziyarət edib, ordan reportaj hazırlamaq istəyirlərmiş:

«Lakin əməkdaşlarımız şəhər İcra Hakimiyyəti və hüquq-mühafizə orqanlarının təqibinə məruz qalıblar. Ezamiyyətdə olan müxbirlər iki xidməti avtomobillə izləniblər. Sonradan özlərini cinayət-axtarış şöbəsinin əməkdaşları kimi təqdim edən şəxslər onların qarşısını kəsib, rayona səfərlərinin məqsədini soruşublar. «Biz şəhidimizin ailəsini ziyarət üçün gəlmişik» sözlərinə cavabda bildirilib ki, «o, bizim şəhidimizdir, sizin ziyarətinizə icazə yoxdur».

Simsar.az-ın əməkdaşları xidməti avtomobillər və patrul xidməti müşayiəti ilə rayon polis şöbəsinə aparılıblar.

«ONLAR QEYDİYYATDAN KEÇMƏMİŞDİLƏR»

Hacıqabul icra hakimiyyəti başçısının müavini Sahib Aslanov AzadlıqRadiosuna baş verənləri təsdiqləyib. Amma hadisənin jurnalistlərin təsvir etdiyi kimi baş vermədiyini əlavə edib:

«Əvvəla rayona müxbir gəlirsə, əvvəlcə gəlib yerli icra hakimiyyətindən qeydiyyatdan keçməlidir. Rayona səfərlərinin məqsədinin, planlarını açıqlamalıdırlar. Onlar qeydiyyatdan keçməmişdilər. Mən səhər onları qəbul etdim. Azı iki saat söhbətləşdik. Mənə dedilər ki, biz şəhid ailəsini ziyarətə gəlmişik. Mən də şəhidin ailə üzvləri ilə danışdım. Amma onlar düşüb şəhərin orda-burda şəkillərini çəkdirdilər, gedib qəbiristanlıqda çəkiliş edirdilər».

Sahib Aslanova jurnalistin ictimai yerlərdə çəkiliş aparmaq hüququnun olduğunu yada salırıq. Deyir ki, jurnalistlərin hüquqlarına əngəl edilmir:

«Əksinə, biz onlara yardım edirik. Bildirdik ki, başqa planlarınız varsa, biz sizə iki nəfər əməkdaşımızı qoşaq, birlikdə hara lazımsa gedin. İndi özbaşına gedib şəhər qəbiristanlığını çəkiblər. Onların işi reportaj hazırlamaq deyil, ajiotaj yaratmaqdır».

Simsar.az saytının 5 nəfər əməkdaşı oktyabrın 1-də səhər tezdən Hacıqabula ezamiyyətə yollanıblar.

Günün bütün mövzuları

Şərhləri göstər

XS
SM
MD
LG