Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 04:23

NATO-nun yeni baş katibi Rusiyanın Ukraynanın sabitliyini pozmağa gücü olduğunu deyir


NATO-nun yeni baş katibi Stoltenberg deyib ki, Ukraynada atəşkəs yeni imkandır. Ancaq Rusiyanın Ukraynanın sabitliyini pozmağa gücü var.

Stoltenberg oktyabrın 1-də Brüsseldə mətbuat konfransında deyib ki, Rusiya beynəlxalq qanunlara riayət etməlidir və beynəlxalq öhdəliklərinə hörmət etdiyini göstərməlidir.

O deyib : “biz Ukraynada atəşkəsin pozulduğunu görürük”.

Yeni baş katib Rusiya ilə konstruktiv münasibətlərlə güclü NATO planları arasında heç bir ziddiyyət görmədiyini bildirib.

Stoltenberg NATO-nun 65 illik tarixində 13-cü baş katib oldu.

XS
SM
MD
LG