Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:38

Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna cari il oktyabrın 1-dək azı 58 milyon manat toplanıb.

Müdafiə Nazirliyinin yaydığı məlumata görə, vəsait Azərbaycandakı hüquqi və fiziki şəxslərdən könüllü toplanıb. Ümumilikdə 9 ayda fonda 57 milyon 809 min 552 manat, 211 min 791 ABŞ dolları və 593 avro vəsait yığılıb.

Silahlı Qüvvələrə Yardım Fondu 2002-ci ildə yaradılıb. Fond silahlı qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək,eləcə də hərbi qulluqçuların sosial müdafiəsinin daha da gücləndirilməsi məqsədi ilə yaradılıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG