Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:52

Müdafiə naziri hərbi təlimlərin daha geniş səviyyədə davam etdiriləcəyini bildirib


Oktyabrın 1-də Müdafiə naziri Zakir Həsənov Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin birgə təlimlərinə nəzarət məqsədilə aviasiya vasitələrinin uçuşlarının keçirildiyi poliqonda olub.

MiQ-29 və F-16 qırıcı təyyarələri şərti hava döyüşlərini imitasiya etrməklə müxtəli manevrlər yerinə yetirərək praktiki təlim-döyüş uçuşları tapşırıqlarını icra ediblər.

Yer hədəflərinin məhv edilməsi məqsədilə icra olunan atışları yerinə yetirən MiQ-29 təyyarələrinə F-16 qırıcıları havadan dəstək verib.

Zakir Həsənov prezident İlham Əliyevin göstərişi ilə keçirilən təlimlərdən razı qaldığını bildirib.

"Hər iki dövlətin Hərbi Hava Qüvvələrinin birgə təlimləri, özü də Azərbaycanda ilk dəfədir keçirilir. Ən önəmlisi də odur ki, Azərbaycan və Türkiyə hərbi pilotları birgə döyüş tapşırıqlarını yerinə yetirərkən, bir-birini sığortalamaqla, bir-birinə döyüşdə dəstək verməklə təlimlər keçiriblər".

Təlimləri yüksək qiymətləndirdiyini vurğulayan nazir gələcəkdə daha geniş səviyyədə davam etdiriləcəyini bildirib.

İki ölkənin Hərbi Hava Qüvvələrinin təlimləri oktyabrın 3-dək davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG