Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:48

Ombudsman: "ABŞ-da homoseksual cütlük rusiyalı şagirdi qanunsuz hamiliyə götürmüşdü"


Rusiyanın uşaq haqları üzrə ombudsmanı Pavel Astakhov Rusiyanın ABŞ-la tələbə mübadiləsi proqramını dayandırmağını izah edib.

O Twitterdə oktyabrın 1-də yazıb ki, Rusiyadan gedən bir şagirdi ABŞ-da homoseksual cütlükdən ibarət ailədə yerləşdiriblər, o geri qayıtmaq istəyəndə və Rusiya da həmin şagirdin geri qaytarılmasını tələb edəndə ABŞ bunu dərhal yerinə yetirməməklə öz öhdəliklərini pozub.

Astkahov daha sonra TASS agentliyinə deyib ki, homoseksual cütlük anası Rusiyada olan oğlan üzərində qanunsuz hamilik götürmüşdü.

Rusiya sentyabrın 30-da 21 il davam edən ABŞ-Rusiya tələbə mübadiləsi proqramından çıxdı.

XS
SM
MD
LG