Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 03:42

Barroso Putinə xəbərdarlıq məktubu göndərib


Avropa Komissiyasının rəhbəri Barroso bildirir ki, Avropa Birliyi ilə Ukrayna arasında ticarət sazişini yalnız Kiyev və Brüssel dəyişə bilər, Moskva yox.

Barroso bunu Putinə məktubunda yazıb.

Həmin məktub oktyabrın 1-də açıqlanıb.

Ukrayna ilə Avropa Birliyi arasında həmin sazişi Ukrayna parlamenti keçən ay təsdiqlədi. Ancaq sazişin icrası 2016-cı ilin əvvəlinə qədər təxirə salındı.

Barroso məktubunda Rusiyaya xəbərdarlıq edir ki, Rusiya yeni ticarət addımları atsa, bu Rusiya ilə Avropa Birliyinin Ukrayna sazişini təxirə salmaq haqda razılaşmasını dəyişə bilər.

XS
SM
MD
LG