Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 06:27

Helen Clark Azərbaycanı orta gəlirli ölkə kimi görməkdən məmnundur


Helen Clark

Helen Clark

Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramının (BMTİP) rəhbəri Helen Clarkın Azərbaycana səfəri başlayıb. O, Heydər Əliyev Beynəlxalq Hava Limanında mətbuat qarşısında brifinqlə çıxış edib. Brifinqdə Helen Clark Azərbaycanı orta gəlirli ölkə kimi görməkdən məmnuniyyətini bildirib və Azərbaycanla strateji əməkdaşlığın möhkəmləndirilməsinin vacibliyini vurğulayıb.

Səfərin məqsədi qarşılıqlı maraq doğuran sahələrdə mövcud əməkdaşlığın dərinləşdirilməsi, Azərbaycan və BMTİP arasında innovativ tərəfdaşlığın yeni imkanlarının tədqiq edilməsidir. Helen Clark oktyabr 2-3-də IV Bakı Beynəlxalq Humanitar Forumuna qatılacaq və tədbirin açılış mərasimində çıxış edəcək. O, Sumqayıta da gedəcək, BMTİP və Norveç hökumətinin birgə layihəsi çərçivəsində yaradılan SYSLAB MərkəziASAN Xidmətlə tanış olacaq.

Helen Klark 2009-cu ilin aprelində BMTİP rəhbəri təyin olunub və təşkilatın ilk qadın rəhbəridir. O, 1999-2008-ci illər ərzində Yeni Zelandiyanın baş naziri vəzifəsində çalışıb və bu vəzifəyə seçilən ilk qadın olub. Forbes jurnalı onu dünyanın 100 ən nüfuzlu qadınları siyahısına daxil edib və “Birləşmiş Millətlər Təşkilatında ən təsirli qadın” adına layiq görüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG