Şərqi Ukraynada Donetsk şəhərində mərmi partlayışlarından 10 nəfər ölüb.
Oktyabrın 1-də məktəbin meydançasında mərmi partlayışında 3 nəfər ölüb. Qalan adamlar küçədə mikroavtobusa mərminin dəyməsi ilə həlak olub.
Oktyabrın 1-də Donetskdə məktəblərdə dərslər başlanır.
Dərslərin başlanması sentyabrın 1-dən oktybarın 1-nə keçirilmişdi.
Sentyabrın 5-də atəşkəs sazişi bağlanıb. Ancaq son günlər Donetsk hava limanı ətrafında döyüşlər gedir.