Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 11:02

-

Sentyabrın 30-da Nizami Kino Mərkəzində Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasının təşəbbüsü ilə yerli kinematoqrafçılarla Avropa kino istehsalının aparıcı mütəxəssisləri arasında peşəkar görüş keçirilib.

Bakı şəhər Mədəniyyət və Turizm İdarəsinə kinostudiyadan verilən xəbərə görə,tədbirdə “Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov çıxış edərək görüşün əhəmiyyətindən söz açıb.

“Azərbaycanfilm” kinostudiyasının həyata keçirdiyi layihələrdən danışan natiq vurğulayıb ki, təmsil etdiyi qurum son illərdə 18 beynəlxalq festivalda iştirak edərək ölkənin kino sahəsindəki uğurunu dünyaya çatdırıb.

Sonra qonaqların gənclər üçün ustad dərslərinə başlanılıb.

Tədbirdə niderlandlı ssenarist Roelof Jan Minneboo, fransalı prodüser Guillaume de SeilleKarlovı Varı Beynəlxalq film festivalının bədii direktoru, çexiyalı Karel Och illər ərzində qazandıqları təcrübəni azərbaycanlı rejissorlarla bölüşüb.

Avropalı kino xadimlərinin ustad dərsləri bir neçə gün davam edəcək.

Günün bütün mövzuları

XS
SM
MD
LG