Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:35

Əfqanıstan yaşlılar üçün ən pis yerdir


Əfqanıstan yaşlı insanlar üçün yaşamağa ən pis ölkədir. Bunu oktyabrın 1-də HelpAge International təşkilatının açıqladığı qlobal indeksə əsasən demək olar.

İkinci ildir Əfqanıstan axırdan birinci yeri tutur. Bu ölkədə səhiyyə də çox pis durumdadır.

Norveç siyahının başında durur, ötən ildən bir pillə irəliləyib. Ondan sonra İsveç, İsveçrə, Kanada və Almaniya gəlir.

9-cu yerdə qərarlaşan Yaponiyadan başqa top onluqda Qərbi Avropa, Şimali Amerika və Avstraliya-Asiyadır.

Hazırda yaşı 60-dan yuxarı 868 milyon adam var ki, bu, dünya əhalisinin 12%-dir.

2050-ci ilədək bu sayın 21%-ədək artacağı gözlənir.

Gürcüstan siyahıda 28, Ermənistan 40-cı yerdədir.

Siyahıda Azərbaycanla bağlı göstəricilər qeydə alınmayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG