Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 09:12

Zakir Qaralov: “Rafiq Tağı ilə bağlı cinayət işinin üstü hələ açılmayıb”


Rafiq Tağı

Rafiq Tağı

Baş prokuror Zakir Qaralov yazıçı Rafiq Tağının qətli ilə bağlı açılan cinayət işinin üstünün açılmadığını deyib.

APA-nın məlumatına görə, baş prokuror jurnalistlərə açıqlamasında deyib ki, prokurorluq orqanları bağlı qalan bütün cinayət işləri üzrə tədbirləri davam etdirir:

“Çox təəssüf ki, bu cinayət işi hələ açılmayıb və bu, bizi narahat edir”.

Zakir Qaralov bu ilin 9 ayında qəsdən adam öldürmə ilə bağlı açılan 245 cinayət işinin 12-si hələ bağlı qalıb: “Biz daxili işlər orqanları ilə birgə bağlı qalan bütün işlər üzrə səyləri davam etdiririk”.

Yazıçı publisist Rafiq Tağı 2011-ci il noyabrın 19-da işdən evə qayıdarkən yaşadığı binanın yaxınlığında naməlum şəxs tərəfindən çoxsaylı bıçaq xəsarətləri almışdı. Bir neçə gün Klinik Tibbi Mərkəzdə müalicə olunan Rafiq Tağı noyabrın 23-də xəstəxanada vəfat edib.

Cinayət işi Prezident İlham Əliyevin xüsusi nəzarətindədir.

Günün bütün mövzuları

XS
SM
MD
LG