Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 18:11

Rusiyada bu il ksenofobik hücumlarda 14 nəfər ölüb


2014-cü ilin əvvəlindən Rusiyada etnik səbəbli hücumlarda 14 nəfər ölüb, 77 nəfər yaralanıb. Bunu ksenofobiya və ekstremizmin monitorinqini aparan təşkilat bildirir.

Sova İnformasiya və Analitika Mərkəzinin təqdim etdiyi son hesabatda deyilir ki, yanvarın 1-dən 31 nəfər nifrət çıxışlarına görə məhkum olunub.

Rusiyanın Şimali Qafqaz regionunda, eləcə də Ukraynanın Krım regionunda baş verən etnik, irqi hücumlar hesabat salınmayıb.

Hücumların əsas qurbanları Orta Asiya və Qafqazdan miqrant fəhlələr, həmçinin gənclərin submədəniyyət qrupları və cinsi azlıqların təmsilçiləri olub.

Sova mərkəzi bildirir ki, ötən il Rusiyada etnik hücumlarda 20 nəfər öldürülüb.

XS
SM
MD
LG