Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:30

Karadzic yekun nitq söyləyəcək


Bosniyanın keçmiş serb lideri Radovan Karadzic

Bosniyanın keçmiş serb lideri Radovan Karadzic

Bosniyanın keçmiş serb lideri Radovan Karadzic oktyabrın 1-də məhkəməsində yekun nitq söyləyəcək. Karadzic müdafiəsini özü aparır, ona Srebrenica soyqırımı daxil olmaqla 11 ittiham irəli sürülüb.

1995-ci ilin iyulunda həmin qırğında 7.500-dən çox müsəlman kişi və oğlan öldürülüb.

Sentyabrın 29-da prokurorlar Karadzic-ə qarşı işi yekunlaşdırıb, onun Bosniyanı qeyri-serb əhalidən qurtarmaq kampaniyasının aparıcı qüvvəsi olduğunu bildiriblər.

Prokuror Alan Tieger Beynəlxalq Tribunalda hakimlərə deyib ki, vaxtilə Karadzic qeyri-serb əhalinin kökünü kəsəcəyi ilə lovğalanıb.

Karadzic-ə ömürlük cəza istənilib. O, 1992-1995-ci illərdə Bosniya müharibəsində əsas siyasi fiqur olub. Həmin müharibədə 100 min adam ölüb.

Günün bütün mövzuları

XS
SM
MD
LG