Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:27

Beynəlxalq koalisiya İD mövqelərini bombalayır


Suriya
Suriya

-

ABŞ-ın rəhbərlik etdiyi hərbi koalisiya İslam Dövləti (İD) yaraqlılarının Suriya-Türkiyə sərhədində yerləşən kürd şəhəri yaxınlığındakı hədəflərinə hava zərbələri endirib. Britaniyada mənzillənən Suriya İnsan Hüquqları Observatoriyası bildirib ki, Kobani şəhərinin şərqində və qərbində İD yaraqlıları vurulub.

Qurumun məlumatına görə, sentyabrın 29-da Kobani ətrafında döyüşdə hər iki tərəfdən 57 döyüşçü həlak olub. Kobanidə turkmanlar, ərəblər və etnik ermənilər yaşayır. Şəhər sentyabrın ortasından İD-in hücumlarına məruz qalır.

Hava zərbələrinə baxmayaraq, İD yaraqlıları son günlər Kobani tərəfə irəliləyiblər. Kobani Suriya Kürdüstanının əsas şəhərlərindən sayılır və Kürd Xalq Mühafizə Bölmələri (YPG) tərəfindən qorunur.

BRİTANİYA İRAQDA İD YARAQLILARINA İLK ZƏRBƏLƏR ENDİRİR

Britaniyanın müdafiə naziri Michael Fallon deyir ki, sentyabrın 30-da Britaniya qırıcıları İraqda İslam Dövləti (İD) yaraqlılarına ilk hava zərbələrini endirib. Fallon bildirib ki, iki hərbi təyyarə İraqın şimalında kürd qüvvələrinə təhlükə yaradan ağır silahların olduğu mövqeləri aşkarlayıb və onlara hücum edib, daha sonra həmin ərazidə İD-in silahlı yük maşınına hücum olunub.

Kürd peşmərgə yaraqlıları deyir ki, hava zərbələri nəticəsində onlar Mosuldan 100 km şimal-qərbdə olan Rabia strateji keçid məntəqəsini, eləcə də bir neçə kəndi tutublar. Peşmərgə qüvvələri Zumar şəhərinə də hücum edib və yaxınlıqdakı iki kəndi ələ keçirib.

AzadlıqRadiosunun İraq xidməti xəbər verir ki, Britaniya təyyarələri Ənbər vilayəti üzərində də əməliyyat aparıblar.

ABŞ-ın Bağdadın qərbində və cənubunda İD yaraqlılarına hava zərbələri endirdiyi, onlarla yaraqlının həlak olması barədə də məlumatlar var.

XS
SM
MD
LG