Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:50

ABŞ Rusiyanın tələbə mübadiləsi proqramından çıxmasından təəssüflənir


Birləşmiş Ştatlar bildirir ki, Rusiyanın 20 illik tarixi olan ABŞ-Rusiya tələbə mübadiləsi proqramını dayandırmaq qərarından təəssüflənir. ABŞ-ın Rusiyadakı səfiri John Tefft deyib ki, Moskva sentyabrın 30-da səfirliyə qərarını bildirib. Rusiya gələn ildən Gələcək Liderlərin Mübadilə proqramından (FLEX) çıxır.

Tefft deyib ki, bu proqram son 21 ildə “Rusiya və ABŞ xalqı arasında dərin və güclü əlaqələr yaradıb”. Proqram çərçivəsində Rusiya orta məktəb şagirdləri bir il ərzində Birləşmiş Ştatlarda ailələrdə yaşayır, orta məktəbə gedirlər.

Moskvanın qərarı Kremlin Ukraynanın şərqində separatçı yaraqlılara dəstəyi üzündən ikitərəfli münasibətlərin gərginləşdiyi bir vaxta təsadüf edir.

Günün bütün mövzuları

XS
SM
MD
LG