Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:08

Britaniya İraqda İD yaraqlılarına ilk zərbələri endirir


Britaniyanın müdafiə naziri Michael Fallon deyir ki, sentyabrın 30-da Britaniya qırıcıları İraqda İslam Dövləti (İD) yaraqlılarına ilk hava zərbələrini endirib. Fallon bildirib ki, iki hərbi təyyarə İraqın şimalında “kürd qüvvələrinə təhlükə yaradan ağır silahların olduğu mövqeləri aşkarlayıb və onlara hücum edib, daha sonra həmin ərazidə İD-in silahlı yük maşınına hücum olunub.

Kürd peşmərgə yaraqlıları deyir ki, hava zərbələri nəticəsində onlar Mosuldan 100 km şimal-qərbdə olan Rabia strateji keçid məntəqəsini, eləcə də bir neçə kəndi tutublar. Peşmərgə qüvvələri Zumar şəhərinə də hücum edib və yaxınlıqdakı iki kəndi ələ keçirib.

AzadlıqRadiosunun İraq xidməti xəbər verir ki, Britaniya təyyarələri Ənbər vilayəti üzərində də əməliyyat aparıblar.

ABŞ-ın Bağdadın qərbində və cənubunda İR yaraqlılarına hava zərbələri endirdiyi, onlarla yaraqlının həlak olması barədə də məlumatlar var.

Günün bütün mövzuları

XS
SM
MD
LG