Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 02:46

Obama Netanyahu ilə görüşəcək


Oktyabrın 1-də ABŞ prezidenti Barack Obama Ağ Evdə İsrailin baş naziri Benjamin Netanyahu ilə görüşəcək.

Tərəflər İslam Dövləti (İD) yaraqlılarının regiona törətdiyi hədə, İranın nüvə proqramı, İsraillə Fələstin arasında dayanmış sülh prosesini müzakirə edəcəklər.

Sentyabrın 29-da BMT Baş Assambleyasının çıxışında Netanyahu deyib ki, nüvə silahlı Tehran islamçı yaraqlılardan daha təhlükəlidir.

Sülh prosesinə gəlincə, o, “tarixi kompromisi” dəstəklədiyini bildirib, ancaq detalları açıqlamayıb.

Günün bütün mövzuları

XS
SM
MD
LG