Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 13:31

Dövlət Departamenti: “Xəzər beşliyi”nin bəyanatı ABŞ-Azərbaycan əməkdaşlığını təsirləndirməyəcək


ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki
ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki

"Biz “Xəzər beşliyi”nin birgə bəyanatında qeyd olunmuş başqa müddəalarla yanaşı, Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudluğunun yolverilməzliyi barədə müddəanı da görmüşük. Bizim Azərbaycanla sərhəd təhlükəsizliyi, anti-terror fəaliyyəti, NATO-nun qarşılıqlı əməliyyatlara və beynəlxalq missiyalara sülhyaradıcılarla töhfə verməsi imkanları üzərində cəmləşmiş güclü təhlükəsizlik əməkdaşlığımız var. Biz düşünmürük ki, “Xəzər beşliyi”nin birgə bəyanatı bunu dəyişəcək”.

Bu bəyanatı ABŞ Dövlət Departamentinin sözçüsü Jen Psaki sentyabrın 30-da Vaşinqtonda keçirilən brifinqdə Rusiya, İran, Qazaxıstan, Türkmənistan və Azərbaycan liderləri tərəfindən sentyabrın 29-da qəbul edilmiş birgə bəyanat barədə suala cavab verərkən səsləndirib.

Beş Xəzəryanı ölkənin Həştərxanda keçirilmiş sammitində qəbul olunmuş birgə bəyanatda deyilirdi ki, “Xəzər beşliyi” Xəzər dənizində sahil ölkəsi olmayan dövlətlərin silahlı qüvvələrinin mövcudiyyətini yolverilməz hesab edir.

XS
SM
MD
LG